Avropa çempionatı: İki güləşçimiz finalda

      Avropa çempionatı:    İki güləşçimiz finalda
  01 Aprel 2022    Oxunub:974
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizə mübarizəyə başlayıb.
AzVision.az xəbər verir ki, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. O, 1/4 finalda Malkhas Amoyana (Ermənistan) uduzub. Amoyan finala çıxdığı üçün idmançımız təsəlliverici görüşə çıxacaq.O, Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya), , 1/4 finalda Zurab Datunaşvilini (Serbiya) məğlub edib. Ancaq o, yarımfinalda Niku Samuel Ojoqa (Rumıniya) uduzduğu üçün 3-cü yer uğrunda döyüşəcək. İdmançımız Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna), 1/4 finalda erməni David Ovasapyan üzərində inamlı qələbə qazanıb. Kandelaki yarımfinalda Rza Kayaalpa (Türkiyə) uduzub. İdmançımız bürünc uğrunda görüşdə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) , yarımfinalda Hraçya Poqosyana (Ermənitsan) qalib gəlib. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı Leri Abuladze olacaq.

Mübarizəyə 1/4 finaldan start verən Eldəniz Əzizli (55 kq) Denis Mihaya, yarımfinalda erməni Rudik Mkrtçyanı məğlub edib. Pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.

Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti