Azərbaycanın 3 sərbəst güləşçisi yarımfinalda
74 kq kq-da yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan) 1/4 finalda Aymar Andrusə (Estoniya) qalib gəlib.
86 kq-dakı Abubakr Abakarov Denis Balauru (Moldova), ardınca isə İvars Samusonoksu (Latviya) yenərək adını yarımfinala yazdırıb.
92 kq çəkidəki Osman Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.
Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etsə də, Robert Baranın (Polşa) müqavimətini qıra bilməyib.
Bayramov finala gedən yolda Taymuraz Salkazanovla (Slovakiya), Abakarov Sebastian Jezierzanski (Polşa) ilə, Nurmaqomedov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
AzVision.az
Teqlər: Güləş