Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  25 Mart 2022    Oxunub:947
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 123,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,28 dollar/barel azdır.
Bu barədə AzVision.az -a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 122,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,04 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,46 dollar/barel azdır.

AzVision.az


Teqlər:





Xəbər lenti