"Fitch" Rusiya təşkilatlarının reytinqlərini geri götürəcək

"Fitch" Rusiya təşkilatlarının reytinqlərini geri götürəcək
  24 Mart 2022    Oxunub:1071
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq bütün Rusiya təşkilatlarının və onların bölmələrinin reytinqlərini geri götürmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Agentliyin press-relizində bildirilib.

2022-ci il martın 15-də Aİ ölkələri tərəfindən qəbul edilən dördüncü sanksiyalar paketinin bir hissəsi olaraq, Avropa agentliklərinə Rusiya Federasiyası və Rusiya şirkətlərinə reytinq vermək, habelə Rusiya müştərilərinə reytinq xidmətləri göstərmək qadağandır.

"Reytinqlər aprelin 15-dək - Aİ-nin təyin etdiyi son tarixə qədər geri götürüləcək", - deyə press-relizdə qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti