"Hamı başa düşməlidir ki, bu bayraq üçün mübarizə aparırıq"

"Hamı başa düşməlidir ki, bu bayraq üçün mübarizə aparırıq"
  22 Mart 2022    Oxunub:1058
"Üç yaxşı qapıçımız var. Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir. Digər ikisinin isə təcrübəsi var. Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik. Əlimizdəki oyunçularla strateji və taktiki dəyişikliklər edəcəyik. Əsas məqsədim yaxşı nəticə qazanmaqdır".
AzVision.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi yoxlama görüşləri öncəsi keçirdiyi mətbuat konfransında deyib.

O, qələbənin öz-özünə gəlmədiyini bildirib: "Onun üçün mübarizə aparmalıyıq. Bu, çətin situasiyalarda vacibdir. İyunda vacib matçlarımız var. Qısa müddətdə 4 oyun keçirəcəyik. Bunun üçün 30 futbolçu lazımdır. Komandada mütləq birlik vacibdir. Kimin oynamasının, kimin tribunada oturmasının fərqi yoxdur. Hamı başa düşməlidir ki, bu bayraq üçün mübarizə aparırıq. Bunu birlikdə etməliyik".

İtaliyalı mütəxəssis Millətlər Liqası matçlarının mövsüm başa çatdıqdan sonra oynanılmasının çətinlik yaradacağını istisna etməyib:

"Rəqiblərimiz də yorğun olacaq, onlar da ağır mövsümdən sonra oynayacaqlar. Yaxşı olardı ki, komandamızda zədəlilər olmasın. Slovakiyanı çıxsaq, balanslı qrupdur. Digər komandalarla başabaş mübarizə apara bilərik. Qısa müddətdə səfərə gedib, ardından evə gələcəyik. Bir rəqibimizin də kimliyini gözləyirik. Moldova və Qazaxıstan arasındakı matçın nəticəsi də maraqlıdır".

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti