Afrikada buğda və bəzi ərzaq çatışmazlığı yaranacaq

   Afrikada    buğda və bəzi ərzaq çatışmazlığı    yaranacaq
  21 Mart 2022    Oxunub:1212
Afrika ölkələri Ukraynadakı münaqişə səbəbindən yaxın bir neçə həftə ərzində buğda və bir sıra ərzaq məhsulları qıtlığı riski ilə üzləşib.

AzVision.az xəbər verir ki, bu barədə Afrika qitəsinin ən böyük universiteti olan Cənubi Afrika Universitetinin əməkdaşı Dirk Kotse xəbərdarlıq edib.
Onun sözlərinə görə, bir çox Afrika ölkələri Rusiya və Ukraynadan buğda və digər həyatı vacib mallar idxal edir: “Biz buğda, buğda unu və ondan hazırlanan məhsulların qıtlığını gözləyirik. Bura inflyasiyanı sürətləndirən neftin qiymətinin davamlı artımını da əlavə edin”.

Rusiya dünyada ən böyük buğda ixracatçısıdır və Ukrayna bu bazarda beşinci yeri tutur. Son illərdə onlar birlikdə dünya üzrə arpa ehtiyatının 19%-ni, buğdanın 14%-ni və qarğıdalının 4%-ni təmin edirdilər. Nəticədə dünya taxıl ixracının üçdə birindən çoxu Rusiya və Ukraynanın payına düşür. Günəbaxan yağının dünya ixracında onların payı 52%-ə çatır. Rusiya həm də dünyanın ən böyük kənd təsərrüfatı gübrələri istehsalçısı və ixracatçısıdır.

Rusiya və Ukraynadan buğda idxal edən bir çox Afrika ölkələrinin səlahiyyətliləri artıq bəyan ediblər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları davam edərsə, buğda və buğda məhsullarının qiymətində artım gözlənilir. Nəticədə gəlirlərinin əhəmiyyətli hissəsini ərzağa xərcləyən əhalinin ən yoxsul təbəqəsi əziyyət çəkəcək. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan isə vurğulayıb ki, baş verən hadisələr fonunda Afrikada aclıq problemi artacaq. Rusiya buğdasının əsas alıcıları Cənubi Afrika, Mozambik, Keniya, Malavi Capo-Verde və Somalidir.

AzVision.az


Teqlər: Buğda   Ərzaq  





Xəbər lenti