Rusiya və İran bank əməkdaşlığını müzakirə edəcək

Rusiya və İran bank əməkdaşlığını müzakirə edəcək
  21 Mart 2022    Oxunub:937
Rusiya və İran rəsmiləri yaxın vaxtlarda bank və maliyyə əməkdaşlığına dair görüş keçirəcəklər, tərəflər daimi təmasdadırlar.
AzVision.az xəbər verir ki, bunu “TASS”a müsahibəsində İranın Moskvadakı səfiri Kazem Cəlali deyib. “Bank-maliyyə əməkdaşlığına gəlincə, iki ölkənin bank sektorunun rəsmiləri bir-biri ilə daimi təmasdadırlar. Mümkün problemlərin həlli üçün yaxın vaxtlarda iki ölkə rəsmilərinin görüşü nəzərdə tutulub”, - o deyib. .

O əlavə edib ki, tərəflər həmçinin iqtisadiyyat sahəsində əməkdaşlıq üzrə birgə komissiyanın iclasının keçirilməsi barədə razılığa gəlməyə çalışırlar və burada yeni qərarlar qəbul ediləcək. Səfirin sözlərinə görə, Rusiya və İran müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etmək üçün qarşılıqlı rəsmilərin səfərlərini planlaşdırır.

Səfirin sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin yanvar ayında Moskvaya səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olub. “Hesab edirəm ki, bu səfər münasibətlərdə dönüş nöqtəsi oldu və hər iki prezident bütün sahələrdə müxtəlif məsələlərlə bağlı məsləhətləşib, fikir mübadiləsi apardılar və dəyərli nəticələr əldə olundu”.

AzVision.az




Teqlər: Rusiya   İran  





Xəbər lenti