“AvtoVaz” istehsalı qismən dayandıracaq

   “AvtoVaz” istehsalı qismən dayandıracaq
  21 Mart 2022    Oxunub:947
Rusiyanın ən iri avtomobil istehsalçısı “AvtoVaz” komponent çatışmazlığına görə istehsalı qismən dayandıracaq.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Lada İjevsk” zavodu 21 və 22 martda işləyəcəklər. 23-25 mart tarixlərində istehsal tam olaraq dayandırılacaq. Tolyatidəki zavodun “Granta” və “Niva” xətlərində istehsal bütün iş həftəsi ərzində dayandırılacaq. Bu zaman işçilərə orta əməkhaqqının üçdə ikisi qədər ödəniş ediləcək.

AzVision.az


Teqlər: Avtovaz  





Xəbər lenti