İşğaldan azad edilən bölgələrdə ilk idman tədbiri keçirilib - VİDEO
Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təlim-məşqi izləyiblər.
Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məlumat lövhələri ilə tanış olub. Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar Prezidentə təqdim edilib. Qeyd olunub ki, yeni bazaların qurulmasında əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək və inkişafına nail olmaqdır.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Sonda Azərbaycan Respublikasının üçrəngi bayrağı özünəməxsus tərzdə ucaldılıb.
AzVision.az
Teqlər: