“Qarabağ"dan 40-cı böyükhesablı səfər qələbəsi
“Zirə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Ağdam klubu bunadək 39 dəfə səfərdə üç və ya daha çox top fərqilə qalib gəlmişdi.
“Qarabağ” ölkə çempionatları tarixində rəqib meydanında 418 dəfə qüvvəsini sınayıb. Ağdamlılar qonaq qismində ilk böyükhesablı qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Həmin gün Kürdəmir “Şirvan”ı ilə qarşılaşan “Qarabağ” üç cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə 40 və ya daha çox matçda belə qələbə qazanan ikinci komandadır. Yalnız “Neftçi”nin aktivində daha çox böyükhesablı qalibiyyət var.
AzVision.az
Teqlər: