Ötən il aqroparklardakı meyvə bağlarından 23 min tondan çox məhsul yığılıb

   Ötən il aqroparklardakı meyvə bağlarından 23 min tondan çox məhsul yığılıb
  17 Mart 2022    Oxunub:823
2021-ci ildə Azərbaycandakı aqrparklardan olan meyvə bağlarından 23 255 tondan çox məhsul əldə edilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən AzVision.az -a verilən məlumata görə, 2018-2021-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7 600 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2021-ci ildə 17 min ton alma, 921 ton zeytun, 960 ton badam, 934,7 ton nar, 1356 ton üzüm, 715 ton şaftalı, 368 ton armud və s. yığılıb.

Bundan başqa, ötən il aqroparklarda 138 min ton buğda, 68 min ton arpa, 94 min ton dən qarğıdalı, 117 min ton şəkər çuğunduru, 71 min ton silos üçün qarğıdalı, 19 min ton pambıq, 2,3 min ton soya, 27 min ton yonca, 33 min ton süd və 2,3 min ton ət istehsal olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti