Məşhur futbolçu villasını ukraynalı qaçqınlara verdi

Məşhur futbolçu villasını ukraynalı qaçqınlara verdi
  16 Mart 2022    Oxunub:1367
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsindəki müharibə ilə bağlı növbəti dəfə danışıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Ukraynada xəsarət alan ailələri evində qəbul etməyə hazır olduğunu bildirib.

- Bu müharibə inanılmaz dərəcədə qəddardır. Şəhərlərin necə dağıldığını, insanların necə öldüyünü görürük. Dörd uşaq atası kimi bu dəhşətli şəkillərə - ölən uşaqların fotolarına, uşaq xəstəxanalarına düşən bombalara dözmək mənim üçün sadəcə dözülməzdir. Əminəm ki, dünyada heç bir normal insan buna dözə bilməz. Təbii ki, mən bütün mümkün qüvvələrlə Ukraynanı dəstəkləməyə çalışıram. İstəyirəm ki, daim öz ölkəmdə baş verənlər barədə danışım, humanitar yardım toplayım, qaçqınlara dəstək göstərim. İngiltərədə bu məsələdə mən tək deyiləm. Ukraynalılara kömək etmək istəyən dostlarım və mən birləşmişik və İngiltərədə 150 ​​qaçqını qəbul etməyə hazırıq. Mən də bir neçə uşağı birbaşa öz evimə aparmağı planlaşdırıram, - Şevçenko deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti