"Qarabağın enerji təhcizatı bərpa olunan mənbələr hesabına olacaq" - Nazir

   "Qarabağın enerji təhcizatı bərpa olunan mənbələr hesabına olacaq" -    Nazir
  15 Mart 2022    Oxunub:1056
Qarabağ regionunda mövcud olan və tikiləcək elektrik stansiyalarınən hamısı bərpa olunan enerji mənbələrindən olacaq.
Azvision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov mətbuat konfransında deyib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur zonalarında bərpa olunan enerjisinin inkişafı barədə "Masdar" şirkəti ilə 3 istiqamətdə iş aparılacaq.

"Masdar" şirkəti ilə Qarabağda ilk tikiləcək stansiya Kəlbəcər-Laçın istiqamətində ən azı 100 Mvt həcmində olacaq.
"Bundan əlavə, Qarabağda yerləşən evlərin üzərində günəş panellərinin yerləşdirilməsi həllərinin axtarıb tapılması və bu istiqamətdə xarici investisiyanın mümkün layihələrə cəlb olunması da işləniləcək. Qarabağda böyük günəş və külək potensialı var. "Masdar" şirkəti ilə Qarabağda ən azı 200 Mvt olan günəş stansiyasının imkanlarını araşdıracağıq. Bu gələcəyə yönəlik addımlardır. Bu istiqamətdə birgə işləyəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti