Güləşçilərimizdən 2 qızıl, 1 bürünc medal - Avropa çempionatı
Rəqibinə cəmi 42 saniyəyə qalib gələn (10:0) Abakarov qızıl medala sahib çıxıb.
Aydın Əhmədov (125 kq) 3-cü yer uğrunda Yunanıstan təmsilçisi Azamat Xosonovla qarşılaşıb. Qarşılaşmadan 7:3 hesabı ilə qalib ayrılan Əhmədov bürünc medal qazanıb.
Cəbrayıl Hacıyev isə finalda rumıniyalı Kristian Biro ilə qarşılaşıb. 74 kq çəkidə yarışan Hacıyev rəqibini 8:1 hesabı ilə məğlub edən Hacıyev qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc medala sahib çıxıb.
Bununla da sərbəst güləş üzrə Azərbaycan milli komandası yarışı 4 qızıl və 3 bürünc medalla başa vurub.
AzVision.az
Teqlər: