Mahirin komandası hücuma məruz qaldı - FOTOLAR

Mahirin komandası hücuma məruz qaldı -    FOTOLAR
  13 Mart 2022    Oxunub:1077
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatının 27-ci turunda ötən gün "Hayduk"la matçdan əvvəl hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, Splitdəki derbi ərəfəsində qonaq komandanın avtobusu yerli fanatlar tərəfindən daşqalaq edilib. Futbolçuları və zaqrebli azarkeşləri daşıyan avtobuslar Splitin girişində butulka, daş və alışqan atəşinə tutulub. Nəticədə "Dinamo"nun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb.Eyni hadisə nəqliyyat vasitəsi matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb.Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yerli polis oyun vaxtı iğtişaş yaratmağa və ictimai asayişi pozmağa cəhd edən 89 nəfərin saxlanıldığını bildirib. Onlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patronu aşkar edərək götürülüb.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.





AzVision.az


Teqlər:





Xəbər lenti