“Fitch” Rusiyanın beş nəqliyyat şirkətinin reytinqini endirdi
Qeyd olunub ki, reytinqin aşağı salınması şirkətlərin borclarına xidmət qabiliyyətini pisləşdirə biləcək yeni məhdudiyyətlər deməkdir:
“Biz hesab edirik ki, Prezidentin (Vladimir Putin – Red) 5 mart 2022-ci il tarixli Sərəncamı sanksiyalar rejiminin sərtləşdirilməsi fonunda bir çox korporasiyaların bəzi xarici kreditorlara xarici və yerli valyutada olan borclarını vaxtında ödəmək imkanlarına keçilməz maneələr yarada bilər”.
“Fitch” əlavə edib ki, bütün beş şirkət üçün reytinqin aşağı salınması mümkün defolta səbəb olan yüksək əməliyyat və maliyyə risklərini əks etdirir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Fitch