“Zəngəzur dəhlizi” üzərində İran-Rusiya oyunu |
Əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək bu yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək, hər hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq.
“Bu saziş ilə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq. Və ya özünü təcrid şəraitində yaşamağa davam edəcək, edə bilsə...
İqtisadiyyat romantizmi sevmir, o praqmatizmə və dəmir məntiqə əsaslanır. Azərbaycanın iqtisadi siyasəti isə həm də Dəmir Yumruğa əsaslanır. Azərbaycan Prezidenti regional iqtisadi siyasətdə əsl peşəkar şahmat oyunu nümayiş etdirir. Ermənistan isə vəziri vurulmuş, vəzir olmağa çalışan piyada gedişləri ilə məşğuldur...”- deputat vurğulayıb.