"Çelsi" müvəqqəti satıla bilər

"Çelsi" müvəqqəti satıla bilər
  11 Mart 2022    Oxunub:1936
London sahibkar Roman Abramoviçə sanksiya tətbiq etdikdən sonra Britaniyanın texnologiya naziri Kris Filip Sky-News maraqı açıqlama verib.
AzVision.az xəbər verir ki, o, Çelsi futbol klubunu almaqda maraqlı olan hər kəsin Britaniya hökumətinə təklif verə biləcəyini deyib.

Nazirin sözlərinə görə, lisenziya şərtləri bugün tətbiq olunduğundan satışa icazə verilməyəcək.Lakin real alıcı ortaya çıxarsa, bu alıcıya və ya həmin futbol klubuna hökumətə müraciət icazəsi veriləcək. Və bu müraciət nəticəsində alıcı irəli sürülən tələblərin dəyişdirilməsini və satışı reallaşdırmağın mümkünlüyünü tələb edə bilər.

Aytən Əzimova
AzVision.az



Teqlər:





Xəbər lenti