UEFA erməni təxribatına görə "Marsel"i cərimələdi

UEFA erməni təxribatına görə    "Marsel"i cərimələdi
  08 Mart 2022    Oxunub:951
UEFA Fransanın "Marsel" klubunu cərimələyib.
AzVision.az xəbər verir ki, buna komandanın Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ev oyununda tribunada erməni bayrağının açılması səbəb olub. "Marsel" 44 min 250 avro cərimələnib.

Klub azarkeşlərinin təxribat xarakterli davranışlarına görə 20, tribunada qadağan olunmuş fişənglərdən istifadəyə görə 10 min 250, sektorlarda keçidlərin bağlanmasına görə isə 14 min avro cərimələnib.

Xatırladaq ki, Fransadakı oyunda "Marsel" 3:1, Bakıdakı cavab matçında isə 3:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti