İngiltərə Bankı rublun məzənnəsini dərc etməyi dayandırıb

İngiltərə Bankı rublun məzənnəsini dərc etməyi dayandırıb
  04 Mart 2022    Oxunub:1610
İngiltərə Bankı bu gündən rublun funt sterlinq və ABŞ dollarına nisbətdə məzənnəsini dərc etməyi dərhal dayandıracağını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İngiltərə tənzimləyicisinin saytında yerləşdirilib. Qeyd olunub ki, hazırkı bazar şəraitində mövcud banklararası bazarı təmsil edən məzənnələri dərc etmək mümkün deyil. Bu məzənnələrin dərci növbəti xəbərdarlıq edilənədək dayandırılır.

Qeyd edək ki, Rusiya valyutasının məzənnəsi rekord həddə aşağı düşüb. Hazırda dollar 109 rubl, avro isə 120 rubl civarındadır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Dollar   rubl  





Xəbər lenti