Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək

  Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək
  03 Mart 2022    Oxunub:1179
Azərbaycan yığması Millətlər Liqasının seçmə mərhələsində Belarusla səfər oyununu neytral meydanda keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun İntizam Komitəsinin qəbul etdiyi qərara görə, Belarus millisi və digər komandaları UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərdə ev oyunlarını neytral meydanlarda keçirmələri olacaqlar. Həmçinin Belarus komandalarının ev sahibliyi edəcəyi matçlar tamaşaçısız oynanılacaq.

Qeyd edək ki, Azərbaycan yığması sözügedən turnirdə C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq. Komandamız Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq.

AzVision.az


Teqlər: Belarus   Azərbaycan  





Xəbər lenti