Qazın qiyməti rekord vurur

   Qazın qiyməti rekord vurur
  03 Mart 2022    Oxunub:1542
Avropada təbii qazın qiyməti bu gün 20 faizədək bahalaşaraq tarixi rekord həddinə çatıb.
AzVision.az xəbər verir ki, bunu Londonda yerləşən ICE birjasının məlumatları təsdiq edir. Belə ki, Londondakı “İCE Futures” birjasındakı hərraclar zamanı regionun ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-in aprel fyüçersləri açılışda sürətlə artmağa başlayıb və mavi yanacağın dəyəri 2 280 USD/1000 kubmetrə çatıb.

Qeyd edək ki, hazırkı qiymət artımını şərtləndirən əsas amillər Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlaması, eləcə də bu ölkəyə qarşı beynəlxalq miqyasda tətbiq edilən sanksiyalardır.

AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti