“Sberbank” Avropa bazarını tərk edir

“Sberbank” Avropa bazarını tərk edir
  02 Mart 2022    Oxunub:1721
“Sberbank” Avropa bazarından çıxdığını elan edib.
AzVision.az xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir. Bildirlib ki, qrupun törəmə bankları qeyri-normal pul axını, işçilərin və filialların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı problemlərlə üzləşib.
Qeyd edilir ki, Rusiya Mərkəzi Bankının göstərişi ilə “Sberbank of Russia” Avropanın törəmə banklarına likvidlik verə bilməyəcək.

“Eyni zamanda, Sberbank-ın törəmə bankları yüksək kapital və aktiv keyfiyyətinə malikdir, yerli qanunvericiliyə uyğun olaraq müştərilərin əmanətləri sığortalanır. Bankın aktivləri bütün əmanətçilərə ödənişlər etmək üçün kifayətdir”, - bankdan bildiriblər.

AzVision.az


Teqlər: Sberbank  





Xəbər lenti