Honda və Mazda Rusiyaya avtomobil ixracını dayandırır

   Honda və Mazda Rusiyaya avtomobil ixracını dayandırır
  02 Mart 2022    Oxunub:1432
Yaponiyanın avtomobil konserni “Honda” və “Mazda” Ukraynadakı vəziyyət və Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara görə məhsullarının Rusiyaya ixracını dayandırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Qeyd olunur ki, “Honda”, xüsusən də avtomobil və motosikletlərin ixracından imtina edəcək, “Mazda” isə Rusiyada yerləşən zavodları üçün ehtiyat hissələri və komponentlərin tədarükünü dayandıracaq.

AzVision.az


Teqlər: Maşın  





Xəbər lenti