Finlandiyada Rusiya mallarını satışdan çıxarılır

Finlandiyada Rusiya mallarını satışdan çıxarılır
  28 Fevral 2022    Oxunub:1225
Finlandiyanın ən böyük supermarket şəbəkələrindən biri olan S-ryhm rus mallarını satışdan çıxarır.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. “S-ryhm Rusiya mənşəli malları mağazalarımızda satılan çeşiddən çıxarmaq qərarına gəlib. Hazırda Ukraynada baş verənlər dəhşətlidir və tam qınaq obyektidir”, - məlumatda vurğulanıb.

Belə bir qərar nəticəsində həm qida məhsulları, həm də bir sıra idman və tekstil məhsulları daxil olmaqla, 50-yə yaxın Rusiya malı piştaxtalardan çıxarılacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Finlandiya  





Xəbər lenti