Britaniya Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib

 Britaniya Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib
  28 Fevral 2022    Oxunub:1773
Böyük Britaniya hökuməti Ukraynaya hərbi müdaxiləyə görə Rusiya Mərkəzi Bankına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, hökumət Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq əlavə məhdudlaşdırıcı iqtisadi tədbirlər görmək niyyətindədir.

“Onlar Rusiyanın Mərkəzi Bankına qarşı yönəldiləcək. Bu addımlar ABŞ və Aİ ilə birlikdə Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməsinin qarşısını almaq və rublu dəstəkləmək üçün valyuta əməliyyatları aparmaq qabiliyyətini sarsıtmaq üçün atılır”.

Maliyyə Nazirliyi həmçinin fiziki və hüquqi şəxslərin Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu və Maliyyə Nazirliyi ilə əməliyyatlarını qadağan edən məhdudiyyətlərin tətbiqi üçün dərhal tədbirlər görəcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Britaniya   Rusiya  





Xəbər lenti