Norveçin neft-qaz şirkəti Rusiyadakı layihələrdən çəkilir

   Norveçin neft-qaz şirkəti Rusiyadakı layihələrdən çəkilir
  28 Fevral 2022    Oxunub:1363
Norveçin neft-qaz şirkəti Equinor (keçmiş Statoil) Rusiyadakı müştərək müəssisələrdən çıxmaq və ölkəyə yeni investisiyaları dayandırmaq qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. “Equinor” şirkətinin İdarə Heyəti belə bir qərarın Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı verildiyini bildirib.
“Equinor” Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir. Norveç şirkəti Rosneft ilə Krasgeonats BM-də 49%, Samara bölgəsindəki Domanik yataqlarının işlənməsi layihəsində Rosneft ilə eyni paya malikdir. Eyni zamanda şirkətin Qərbi Sibirdəki Severo-Komsosolskoye yatağının işlənməsi üzrə Sevkomneftegaz layihəsində 33,33% payı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Neft  





Xəbər lenti