Müharibə Rusiya və Ukrayna ilə ticarətimizə necə təsir edəcək? - Şərh
Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə ticari əlaqələri var. Müharibənin Azərbaycan iqtisadiyyatına hər hansı təsirləri olacaq? Bu ölkələrdən nə alırıq və onlara nə satırıq?
"Ukraynadan idxal etdiyimiz malların strukturuna gəldikdə, tütün (47 milyon 779 min dollar), iribuynuzlu heyvan əti (27 milyon 992 min dollar), siqaret (22 milyon 165 min dollar), quş əti və onun əlavə məhsulları (20 milyon 977 min dollar), kərə yağı, digər süd yağları və pastaları (19 milyon 949 min dollar), dərman vasitələri (16 milyon 713 min dollar), isti yayılmış polad prokatı (11 milyon 789 min dollar), diri iribuynuzlu heyvanlar (8 milyon 930 min dollar), şokolad və şokolad məhsulları (7 milyon 553 min dollar), təzə meyvə (8 milyon 452 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (7 milyon 734 min dollar), çörək, unlu qənnadı məmulatları (7 milyon 677 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (6 milyon 326 min dollar), süd və qaymaq (4 milyon 310 min dollar) və s. daha çox üstünlük təşkil edir.
Ukraynaya isə il ərzidə daha çox təzə meyvə (9 milyon 353 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (3 milyon 210 min dollar), təzə tərəvəz (2 milyon 167 min dollar), sürtkü yağları (1 milyon 726 min dollar), meyvə və tərəvəz şirələri (421 min dollar) və s. məhsulları satmışıq".
Rusiyaya gəldikdə isə, ümumi illik ticarət dövriyyəmiz 2 milyard 671 milyon dollar olub. Deputat qeyd edib ki, Rusiyadan idxalımız 1 milyard 962 milyon dollar, ixracımız isə 709 milyon 390 min dollar olub:
"Rusiyadan buğda (293 milyon 234 min dollar), uzununa doğranmış meşə materialları (100 milyon 35 min dollar), mineral gübrələr (79 milyon 223 min dollar), isti yayılmış polad prokatı (55 milyon 843 min dollar), şokolad və şokolad məhsulları (47 milyon 603 min dollar), bitki yağları (46 milyon 162 min dollar), televiziya qəbulediciləri (44 milyon 473 min dollar), yapışdırılmış faner (28 milyon 45 min dollar), dərman vasitələri (27 milyon 585 min dollar), paltaryuyan maşınlar (23 milyon 586 min dollar), kartof (23 milyon 515 min dollar), çörək, unlu qənnadı məmulatları (22 milyon 611 min dollar), ağac yonqarlı plitələr (22 milyon 399 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (20 milyon 610 min dollar), sintetik yuyucu maddələr (17 milyon 438 min dollar), ağac lifli plitələr (15 milyon 436 min dollar), sürtkü yağları (15 milyon 68 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (13 milyon 787 min dollar), mineral və qazlı sular (12 milyon 464 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (11 milyon 311 min dollar) və s. məhsullar idxal edirik.
Rusiyaya isə təzə meyvə (274 milyon 832 min dollar), təzə tərəvəz (214 milyon 122 min dollar), kartof (30 milyon 817 min dollar), elektrik enerjisi (11 milyon 738 min dollar), neft koksu (9 milyon 616 min dollar), etilen polimerləri (8 milyon 318 min dollar), meyvə və tərəvəz şirələri (8 milyon 148 min dollar), bentonit gili (7 milyon 956 min dollar), pambıq ipliyi (5 milyon 315 min dollar), Meyvə və tərəvəz konservləri (4 milyon 600 min dollar), tütün (3 milyon 427 min dollar), təbii üzüm şərabları və üzüm suslosu (2 milyon 880 min dollar), çay (1 milyon 689 min dollar) və s. məhsulları ixrac edirik".
V.Bayramov qeyd edib ki, müharibə uzun müddətli olacaqsa o zaman Ukrayna ilə xarci ticarət dövriyyəmizdə azalmanın olması gözləniləndir. Nəqliyyat əlaqələrinin minimumlaşması da ölkələr arasındakı ticari əməkdaşlığına təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq.
- Müharibə Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsir yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa, o zaman bu qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlada, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şahələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımdan da aktualdır".
Aytən Zəhra
AzVision.az
AzVision.az
Teqlər: