Müharibə Ukrayna futbolunu da "vurdu"

   Müharibə Ukrayna futbolunu da "vurdu"
  24 Fevral 2022    Oxunub:1354
Ukrayna ərazisində yaranmış gərginlik ölkə idmanına da mənfi təsir edib. xəbər verir ki, artıq futbol üzrə Ukrayna çempionatı dayandırılıb.
Ukrayna Futbol qurumunun saytında gedən məlumata görə, "Premyer Liqa"nın püşkatma mərasimi dayandırılıb.

- Buna səbəb Ukraynada hərbi vəziyyətin tətbiqidir.
Ölkə çempionatının püşkatma mərasimi qış fasiləsindən sonra fevralın 25-də davam etməli idi,Ukrayna mediası yazıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu səhər ölkə əhalisinə yenidən müraciət edib. O, müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!" Bundan başqa Odessa və Mariupola rus desantı çıxarılıb. Zelenski də Ukrayna xalqına müraciət edib. O, təcili müraciətində ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektorunun işlək vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezidenti insanlari təşvişə düşməməyə çağırıb. “Biz güclüyük, biz qalib gələcəyik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti