Azərbaycanın xarici dövlət borcu azalıb
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan və dövlətə məxsus qurumların xarici borclanmaları ilə əlaqədar verilən dövlət zəmanətləri də daxil olmaqla dövlətin digər xarici maliyyə öhdəliklərdən ibarətdir.
2022-ci il yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 2 milyard 507,1 milyon manat və ya ÜDM-in 2,7 %-ini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 561,3 milyon manat və ya ÜDM-in 0,6 %-ini təşkil etməklə, daxili dövlət borcu 3 milyard 068,4 milyon manat və ya ÜDM-in 3,3 %-ini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi ardıb. Bu artıma təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borclanmaların tədricən daxili borclanmalar ilə əvəzlənməsi və yerli dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ilə şərtlənmişdir.
AzVision.az
Teqlər: