Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin tabeliyinə verilib

Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin tabeliyinə verilib
  22 Fevral 2022    Oxunub:2004
Dövlət Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Ehtiyatları Agentliyinə verilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na dəyişiklikdə öz əksini tapıb.

Bundan sonra Fondun idarə edilməsi, taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətlərini dövlət sifarişçisi kimi Dövlət Ehtiyatlar Agentliyi həyata keçirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti