Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq

   Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq
  21 Fevral 2022    Oxunub:1636
Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

AzVision.az



Teqlər: Taxıl   Ehtiyat  





Xəbər lenti