Sərbəst güləşçilərimiz Bolqarıstanda 3 medal da qazanıblar
Bürünc medala 57 kq çəkidə Əliabbas Rzazadə sahib çıxıb. Rzazadə 3-cü yer uğrunda görüşdə ABŞ təmsilçisi Niko Provonu 45 saniyəyə tam üstünlüklə məğlub edib - 10:0.
Bu çəkidəki digər güləşçi Əfqan Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyi üçün görüşü məğlub başa vurub.
Qeyd edək ki, xatirə turnirinin ikinci yarış günündə sərbəst güləşçi Osman Nurməhəmmədov (92 kq) və qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə Abubakr Abakarov (86 kq) finala, Orxan Abasov (86 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Rahid Həmidli (125 kq) bürünc medal bürünc medal görüşünə vəsiqə əldə edib.
AzVision.az
Teqlər: