Koronavirus xəstələri ictimai yerdə aşkarlandı

Koronavirus xəstələri ictimai yerdə aşkarlandı
  19 Fevral 2022    Oxunub:1860
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, şəhər sakini Lalə Məmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Buna baxmayaraq həmin şəxs ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

Daha bir aktiv koronavirus xəstəsi Yazgül Allahverdiyevanın da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Hər iki şəxs barəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti