“Kabinetim”in təqdim etdiyi bu yeniliyin əsas özəlliyi ondan ibarətdir ki, “Kabinetim” istifadəçiləri yeni xidmət sayəsində ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərindən yararlana bilərlər.
“Azercell Cup 2024” qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar |
Azercell şirkəti “ƏDV Geri Al” xidmətini ABB ilə birgə layihə çərçivəsində reallaşdırır. Tətbiq daxilində bu xidmətlə bağlı məlumatlandırma ani ekran (push) bildirişləri şəklində həyata keçirilir. “Kabinetim” istifadəçiləri həm də mobil tətbiqin onlayn çat bölməsində “ƏDV Geri Al” xidməti ilə bağlı bütün suallara cavab əldə edə biləcəklər.
“ƏDV Geri Al” xidməti Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması layihəsidir.
Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell “Kabinetim” xidməti üzərindən abunəçilərinə 24 saat ərzində nömrəyə onlayn nəzarət etmək imkanını yaradır. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi vasitəsilə balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək, onlayn çatda müştəri xidmətləri ilə dərhal əlaqə saxlamaq mümkündür. “Kabinetim” üzərindən Bookmate onlayn kitabxanasına, xarici dillər öyrənmək üçün Busuu proqramına, 200-dən çox kanala abunəlik verən NNTV, dünya üzrə 50 milyondan çox musiqi və minlərlə podkast bazası olan SberZvuk və digər tətbiqlərə qoşulmaq olar.
Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.