ABŞ-ın neft ehtiyatı 1,1 milyon barel artıb

ABŞ-ın neft ehtiyatı 1,1 milyon barel artıb
  16 Fevral 2022    Oxunub:2086
ABŞ-ın kommersiya neft ehtiyatları son bir həftə ərzində 1,121 milyon barel artaraq fevralın 11-nə 411,508 milyon barel təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. Eyni zamanda, “Bloomberg”in sorğusuna cavab verən analitiklər neft ehtiyatlarının 2,17 milyon, distillat ehtiyatlarının 1,5 milyon barrel azalacağını, benzin ehtiyatlarının 500 min barrel artacağını gözləyirdilər.

Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 2,37% ucuzlaşaraq, 1 bareli 95,46 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti də 2,46% aşağı düşərək, 1 bareli 92,43 ABŞ dolları təşkil edib.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti