Sabiq futbolçu qətlə yetirildi

Sabiq futbolçu    qətlə yetirildi
  16 Fevral 2022    Oxunub:1601
Zimbabve milli komandasının sabiq futbolçusu Çarlz Yohan qətlə yetirilib.
AzVision.az xəbər verir ki, 48 yaşlı veteran yarımmüdafiçi Soeto şəhərində avtomobil oğrularının silahlı hücumuna məruz qalıb. Bu yaxınlarda taksi şirkətlərinin birində işə başlamış Yohanın meyiti fevralın 15-də tapılıb.

Qeyd edək ki, Çarlz Yohanın futbolçu karyerası Afrika klubları ilə bağlı olub. O, 1996 - 2007-ci illərdə çıxış etdiyi yığmada 23 oyun keçirib və 1 qol vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti