"Azeri Light"ın qiyməti 99 dollara yaxınlaşıb

"Azeri Light"ın qiyməti 99 dollara yaxınlaşıb
  12 Fevral 2022    Oxunub:1869
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,03 dollar artaraq 94,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,22 dollar bahalaşaraq 93,10 dollar olub.

"Azeri Light" (CIF) markalı neftin də qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52 ABŞ dollar artaraq 98,75 dollar təşkil edib.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti