Cüdoçumuz “Böyük dəbilqə”nin yarımfinalına yüksəlib

Cüdoçumuz “Böyük dəbilqə”nin yarımfinalına yüksəlib
  05 Fevral 2022    Oxunub:1540
Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
AzVision.az xəbər verir ki, komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək nüfuzla yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti