Sərkisyan boyun əyməlidir

Sərkisyan boyun əyməlidir
  25 Mart 2013    Oxunub:1571
Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələri ilə barışmayan İrs Partiyasının lideri Raffi Ovannisyan dövlət başçısı Serj Sərkisyanın qarşısında yeni şərt qoyub.
Müxalif lider 8 ali dövlət qurumuna və 5 quberniyaya onun adamlarının rəhbər təyin olunmasını istəyib. Ovannisyan bu ali postların müxalifətə verilməsini tələb edir.

1) baş prokuror

2) Dövlət Gəlirləri Komitəsinin sədri

3) Milli Təhlükəsizlik Xidmətinin rəhbəri

4) xarici işlər naziri

5) elm və təhsil naziri

6) Yoxlama Palatasının sədri

7) Ədliyyə Şurasının sədri

8) Antikorrupsiya Komissiyasının sədri.

İrs Partiyasının lideri həmçinin 18 fevral seçkisinin saxtalaşdırılmasında günahkar olanların cəzalandırılması, bir il ərzində yeni prezident və parlament seçkisinin keçirilməsi tələblərini irəli sürüb.

18 fevral seçkisinin rəsmi nəticələrinə görə, Sərkisyan 58.64% səslə yenidən prezident seçilib. Ovannisyan 36.74% səs yığıb. O, seçkinin saxtalaşdırıldığını iddia edir, nəticələrin ləğvini istəyir. Partiya liderinin şikayətini araşdıran Konstitusiya Məhkəməsi iddianı əsassız sayıb və Sərkisyanın qələbəsini tanıyıb.

Ovannisyan martın 10-dan Yerevanın Azadlıq meydanında aclıq aksiyası keçirir.(mediaforum)


Teqlər:  





Xəbər lenti