Azərbaycanın tanınmış alimi vəfat edib

Azərbaycanın tanınmış alimi vəfat edib
  09 Dekabr 2020    Oxunub:1896
Neft-qaz və qaz-kondensat yataqlarının səmərəli işlənməsi üzrə tanınmış alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Milli Neft Komitəsinin vitse-prezidenti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanova ömrünün 86-cı ilində vəfat edib.
Azvision.az -ın məlumatına görə, Ramazanova Elmira Məmmədəmin qızı 28 oktyabr 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

1992-ci ildən vəfatına kimi ADNSU-nun nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

O, Afina Milli Kapodistrian Universitetinin “Avrasiya”, eləcə də “Azərbaycan Neft Təsərrüfatı” jurnalının və “Vışka” qəzetinin redaksiya heyətinin, AMEA-nın Yer Elmləri Bölməsinin büro üzvü, həmçinin Azərbaycan Respublikasının Milli Neft Komitəsinin vitse-prezidenti idi.

Azvision.az


Teqlər: Alim   ElmiraRamazanova  





Xəbər lenti