Erməni deputatdan təxribatçı çağırış: "Qaz və neft kəmərlərini vurun!"

Erməni deputatdan təxribatçı çağırış:  "Qaz və neft kəmərlərini vurun!"
  04 Oktyabr 2020    Oxunub:3805
Ermənistan parlamentinin deputatı Arman Babacanyan işğalçı ordunu Azərbaycanın mühüm qaz və neft kəmərlərini, infrastrukturunu hədəf almağa çağırıb.
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə erməni deputat “Facebook” səhifəsində yazıb.

“Azərbaycanın çoxmilyonlu Qərb layihələri, infrastrukturları, qaz boru kəmərləri, neft kəmərləri Ermənistan silahlı qüvvələri tərəfindən hədəf alınmağa davam etməlidir. Bu, artıq birinci dərəcəli məsələdir", - erməni deputat təxribatçı çağırış edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti