Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşüb - FOTO

Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşüb -    FOTO
  08 May 2024    Oxunub:1327
Türkiyəyə səfərə getmiş elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusif Təkinlə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirib.

"Nazir Yusif Təkin Türkiyə-Azərbaycan İqtisadi Komissiyasının 11-ci İclası münasibətilə Türkiyəyə gəlmiş Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb. Görüşdə iki ölkə arasında aparılan və nəzərdə tutulan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb", - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   nazir   görüş  





Xəbər lenti