Pakistan Prezidenti COP29-a dəvət olunub
O, Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib. İki ölkə arasında münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı əlaqələrin, ikitərəfli mübadilələrin və insanlar arasında təmasların təşviqinə çağırıb.
Muxtar Babayev Pakistan və Azərbaycan arasında ikitərəfli, xüsusilə turizm və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Pakistan Prezidenti 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştiraka dəvət olunub.
AzVision.az
Teqlər: Azərbaycan Pakistan COP29