Türkiyə-Azərbaycan biznes forumu keçirilib - FOTOLAR - YENİLƏNİB
Tədbirdə Azərbaycan və Türkiyədə mövcud biznes, investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduğu bildirilib.
Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
* * *
18:57
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə Türkiyə-Azərbaycan biznes forumu başlayıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, tədbirin açılış mərasimi Türkiyə Palatalar və Birjalar Birliyində baş tutub.
Forumda Birliyin ədri Rifət Hisarcıqlıoğlu, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.
AzVision.az
Teqlər: Azərbaycan Türkiyə biznes forum