Nazir: Ermənistan XİN rəhbəri ilə danışıqlar nizamlanmaya töhfə verəcək

      Nazir:    Ermənistan XİN rəhbəri ilə danışıqlar nizamlanmaya töhfə verəcək
  10 May 2024    Oxunub:979
Ermənistanın xarici işlər naziri ilə bugünkü danışıqlar nizamlanma prosesinə töhfə verəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşündə deyib. C. Bayramov qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı son razılaşmalar Almatıda bugünkü görüşün uğurlu olacağına inam yaradır.

Nazir Qazaxıstan tərəfinə Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin təşviqində göstərdiyi dəstəyə və fəallığa görə təşəkkür edib.

Xatırladaq ki, bu gün Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başlayıb. Onlar ölkələr arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələr aparacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti