Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az -a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti bu məqsədlə mayın 12-16-da Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov daxildir.
Səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, və Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər.
AzVision.az