Merkel alman deyilmiş

Merkel alman deyilmiş
  19 Mart 2013    Oxunub:1471
Polşa Merkellə qohum olduğuna sevinir
Almaniya kansleri Angela Merkelin babasının polyak olması ilə bağlı xəbərlər Polşada ajiotaj yaradıb, deyə Almaniya mətbuatı yazır. Məlumata görə Merkelin babası Polşanın Poznan kəndindən olan Lyüdviq Kazmerçok (sonradan soyadını dəyişərək Kasner qoyub-red.) olub. Bu fakt Angela Merkellə bağlı daha çox məlumat toplamaq istəyən jurnalistlər tərəfindən təsadüfən aşkar edilib.

Bu gün isə onun daha bir polyak qohumu da tapılıb. O, 78 yaşlı keçmiş mühasib Lyudviq Kazmerçak Rıxlitskiydir. Rıxlitskiy bildirir ki, sonuncu dəfə Angela Merkelin babasını 1943-cü ildə, anasının dəfn mərasimində görüb. O vaxt onun 9 yaşı var imiş.
Onun sözlərinə görə, Merkelin babası “Alman işğalı dövründə onlara birgə polyaklar üçün qadağan olunmuş çörək mağazasına gedər və onlara çörək alarmış.”

Almaniya mətbuatı yazır ki, Merkelin babası Lyüdvik Kazmerçak Xorst Kasner Rıxlitskinin Polşanın Şetsin şəhərində yaşayan dayısı ilə məktublaşırmış. Dayısının ölümündən sonra Rıxlitskiyə də Merkelin babasından məktub gəlir. Həmin məktubda o, öz ailəsindən bəhs edib.

”Mən bu günə qədər bilmirdim ki, Angela Merkel Kasnerin nəvəsidir”-Rıxlitski deyir. O nə vaxtsa doğma Polşada Merkellə görüşə biləcəyinə inanmır, heç onunla tanış olmaq üçün tələsmir də.

“Necə təsəvvür edirsiniz, o bura gələrmi?!” Buna baxmayaraq o ümidini üzmür. Pensiyaçı Rıxlitski jurnalistlərin onun ailəsi ilə maraqlanmağının əvvəl-axır bir nəticə verəcəyinə və çoxmərtəbəli binada yerləşən mənzilinə bir rahatlıq gətirəcəyinə inandığını bildirib.

AzVision


Teqlər:  





Xəbər lenti