İvanişvili mafiya ilə əlbirdir

  18 Mart 2013    Oxunub : 482
İvanişvili mafiya ilə əlbirdir
Erməni ekspert Bidzina İvanişvilini cinayət aləmi ilə əlaqədə ittiham edir
Erməni ekspert Serqey Qalayan Gürcüstanın baş naziri Bidzina İvanişvilini kriminalla əlaqədə günahlandırır. Qalayan öz fikrini bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O öz fikirlərini belə izah edir: “ Gürcüstan prezidenti Mixeil Saakaşvili qanuni oğrulara qarşı “moratorium” elan edib. Bunun nəticəsi olaraq cinayətkarlar Gürcüstana getməkdən çəkinirdilər. Lakin indi, Bidzina İvanişvili hökumət başçısı seçiləndən sonra vəziyyət dəyişib. Qanuni oğrular Gürcüstana geri qayıdacaqlar.”

Onun fikrincə, İvanişvili milyonçudur, milyonçular isə bir qayda olaraq kriminal aləmlə birbaşa əlaqədədirlər. “ Bidzina İvanişvili konkret olaraq cinayətkarlarla əlbirdirmi? ” sualına Qalayan “Digər milyonçular necə, o da eləcə mafiya ilə əlbirdir” deyə Gürcüstanın baş nazirini ittiham edib.

AzVision.az

Teqlər: