Ermənilər Kəlbəcərin qızılını tükədiblər

Ermənilər Kəlbəcərin qızılını tükədiblər
  18 Mart 2013    Oxunub:1292
Ermənilər işğal altındakı Azərbaycan ərazilərində geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırırlar.
Ermənilər yay aylarında işğal altındakı Azərbaycan ərazilərində yerləşən iki faydalı qazıntı yatağında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırırlar. AzVision.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ağdərə ərazisində yerləşən bu yataqların perspektivli olduğu güman edilir və kəşfiyyatın nəticələrinə müvafiq olaraq onların istismarı barədə qərar qəbul olunacaq.

Məlumata görə, ermənilər 2015-ci ilədək Ağdərə ərazisində daha iki qızıl yatağının istismarına başlamağı planlaşdırırlar. Qeyd edək ki, ermənilər işğal dövründə istismar olunan Kəlbəcər rayonunun ərazisindəki Heyvalı yatağında ehtiyatların tükəndiyini açıqlayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti